Şirkətimiz 2003-cü ildən fəaliyyət göstərir. Tikinti üzrə bütün növ xidmətlər göstərən bir şirkətdir və Bakı şəhərində bir sıra ən nüfuzlu layihələrin yerinə yetirilməsi üçün təsis edilib. Qısa zaman ərzində Şirkətimiz ən nüfuzlu Tikinti Şirkətlərindən birinə çevrildi – əsas etibarilə bu işlərimizdə yeniliklərin tədbiqi, kollektivimizin zəhməti və tikinti sahəsində rəqabətə davamlılığımızla bağlı oldu. Bakı şəhərinin müxtəlif yerlərində Şirkətin inşa etdiyi yaşayış binaları paytaxtımızı bəzədi. İşimizi təhlükəsiz, yüksək keyfiyyətlə və vaxtında icra etməyimiz – Müştərilərimizin bizə olan inamını daha da artırır. Şirkətin portfoliosuna dövlət obyektləri ilə bərabər bir sıra özəl obyektlər də daxildir. Bu işləmələrə yaşayış binaları, ticarət və ofis mərkəzləri, otellər , ictimai və inzibati binalar və s. genişmiqyaslı layihələr daxildir. Şirkətin əsas fəaliyyət istiqamətlərindən biri iri infrastruktur layihələrinin həyata keçirilməsidir.

Şirkətimiz böyük təcrübəyə malik mühəndis və usta heyətinə malikdir. Tikinti sektorunun dinamik inkişafını nəzərə alaraq şirkətimiz göstərilən xidmətlərdə üstünlüyünü saxlamaq üçün müasir texnologiyalardan istifadəyə xüsusi önəm verməkdədir. Belə yanaşma həm bizim müştərilərimizə, həm bizə maksimal fayda verir. Şirkətimizin personal bazarın tələblərinin dəyişməsinə və yeni müştərilərin istəklərinə operativ reaksiya vermək üçün hərtərəfli təlimatlandırılmışdırlar. Ənənəvi olaraq məqsədimiz ilk növbədə keyfiyyət amilinə nəzarət etməkdir.
Bizim texniki təhlükəsizliyə verdiyimiz önəm hər zaman qürur duymağımıza əsas olmuşdur. Beləki, müştərilərimizin çoxsaylı sifarişlərini layiqincə yerinə yetirməyimiz texniki təhlükəsizlik sahəsində böyük inkişafa nail olmağımıza təkan vermişdir.

"CAPITAL PLAZA" Yaşayış Kompleksi Bakı şəhərinin Xətai rayonunda yerləşən premium klass tipli yaşayış kompleksidir. Kompleks 1.2 hektar ərazidə yerləşən, 18 mərtəbəli, 6 yaşayış binadan ibarətdir. Zəngin infrastruktura malik olan "CAPITAL PLAZA” məkanında 3 mərtəbəli yeraltı avtomobil dayanacağı, 24/7 mühafizə olununan qapalı həyət, uşaq meydançası, SPA mərkəzi, uşaq baxçası, fitnes, quru təmizləmə, qapalı hovuz və s. sakinlərin ixtiyarına veriləcək.
Bu proyekti unikal edən hər baxımdan çox əlverişli ərazidə yerləşməsidir. Beləki, kompleks şəhər və nəqliyyat infrastrukturunun yaxşı inkişaf etdiyi ərazidə yerləşir. Metro, bulvar, park, ali və orta məktəblərin, klinikaların, istirahət və əyləncə məkanlarının yaxın olması "CAPITAL PLAZA” sakinlərinə öz dəyərli zamanlarını daha səmərəli və keyfiyyətli təşkil etmək imkanı verəcək. "CAPITAL PLAZA” Yaşayış Kompleksi-nin təhvil verilmə tarixi 2020-ci ilin əvvəli.